24 08 2025-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Koronaya görə ordudan kömək istənildi

24.06.2020

Avstraliyanın Viktoriya ştatının hökuməti koronavirusla mübarizədə maddi-texniki dəstək üçün Avstraliya Müdafiə Nazirliyinə müraciət edib.

Bu məlumatı ABC teleradiosu yayıb.

Ştat rəhbərliyi Müdafiə Nazirliyindən 300 hərbçi, o cümlədən tibb müəssisələrində yardım üçün hərbi həkim istəyib.

Qeyd edək ki, son 8 gün ərzində Viktoriya ştatında 149 yoluxma faktı qeydə alınıb. Son sutkada ştatda 20 nəfər koronavirusa yoluxub, 1 nəfər isə ölüb.

İndiyə qədər ştatda koronavirusa 1864 nəfər yoluxub, 20 nəfər isə dünyasını dəyişib.