08 10 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Şəhla Zeynallı təqdim edir: Hədəf və nəticələri

24.06.2020


Hər bir insan həyatında kiçik və ya böyüklüyündən asılı olmayaraq müəyyən hədəflərə çatmağa çalışır. Bəs bu yolda hər zaman uğura nail olunurmu? Ümumiyyətlə hədəflərimizin hamısına çatmalıyıqmı?

Sözsüz ki, birinci sualın cavabını bir çoxumuz bilirik ki, hədəfə çatmaq yolunda hər zaman uğurlu nəticə göstərmək mümkün deyil. Burada insanın enerjisi, hədəfin düzgün qoyulmaması, uyğun zamanın seçilməməsi, bacarığın ön planda olması və ya insanın həyatında baş verə biləcək ekstremal hadisələr və s. kimi səbəblər göstərmək olar.

İkinci suala gəldikdə isə bəzi hədəflərimizə çata bilməmək hətta bizi inkişaf da etdirə bilər. Qəribə görünsə də bəzən həyatda istəklərə nail olunmaması insanın şəxsiyyətini müsbət tərəfə doğru inkişaf etdirir. Con Boulbinin də dediyi kimi "Kiçik gecikmələr insanı inkişaf etdirir.” İnsanın davamlı olaraq qoyduğu hədəflərə çatdıqda hiss etdiyi məmnunluq içində olması, bəlkə də bu hissin miqdarının çoxluğundan irəli gələn məmnunsuzluğa gətirib çıxara bilər. 

İnsanı inkişaf etdirən, dünənini bu günündən fərqləndirən məhz uğur və uğursuzluqlar, enmə və qalxmalardır. Sadəcə bunlar baş verdikdə edə biləcəyimiz yalnız reallıqlarla razılaşmaq, vəziyyətə qəbullanıb, sabahına daha yaxşı çalışmaqdır.

Şəhla Zeynallı,
psixoloq