08 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ərdoğanın oğlu Afrin əməliyyatında - Foto

22.01.2018

Türkiyənin Afrin əməliyyatında Rəcəb Tayyib Ərdoğanın oğlu da iştirak edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan Afrin əməliyyatının gedişatını izləmək məqsədilə pilotsuz uçan aparatların izləmə mərkəzinə gəlib. Afrin əməliyyatında istifadə olunan pilotsuz uçan qurğuları istehsal edən şirkət isə prezidentin kürəkəni Səlcuq Bayraqdara məxsusdur.

İnformasiyanı özünün Tvitter hesabından paylaşan Səlcuq Bayraqdar qurğulara nəzarət mərkəzindən paylaşdığı fotoda Bilal Ərdoğanın olması diqqət çəkib:
"Yeni istehsal etdiyimiz ən son texnologiyalara cavab verən avadanlıqlarımız ilk dəfə "Zeytun budağı" əməliyyatında istifadə olunur. Texniki işçilərimizlə Türkiyənin Hərbi Hava Qüvvələrinə dəstək olmaq üçün burdayıq"./AzNews.az/