06 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Koronavirusa yoluxan deputat: "SAĞALIRAM"

24.06.2020

"Mən artıq sağalmaq üzrəyəm" deyə bilərəm. Heç şübhəsiz ki, bu, həkimlərimizin, tibb işçilərimizin zəhmətinin nəticəsidir.

Bu sözləri koronavirusa yoluxan deputat Sahib Alıyev qeyd edib.

"Geyimlərindən yadplanetlilərə bənzəyən bu insanlar davranışları ilə doğmadan da doğma planetlilərdirlər. Təsəvvür edin ki, yayın bu istisində əyinlərində skafandrabənzər geyimlə 8 saat müddətində yemək yeməmək bir yana, bir damla belə su içmədən ağzınadək xəstələrlə dolu olan klinikada hər kəsin qayğısına qalmaq, hər bir xəstə ilə mehriban davranmaq sadəcə peşəkarlığa yox, həm də insanlığa bağlı məsələdir. Bu fədakarlıqdır!” - deputat bildirib.