Gürcüstan Prezidenti iki azərbaycanlını təbrik edib 
    
                          
     
                         23.06.2020
 
    
                        
Gürcüstan Prezident Salome Zurabişvili Böyük Vətən müharibəsinin azərbaycanlı iştirakçılarından iki nəfəri - Camal Qasım oğlunu və Ənvər Hüseynovu təltif edib.
Dövlət başçısının müharibə iştirakçılarına təbrikini Bolnisi rayon bələdiyyəsinin sədri David Şerazadişvili və parlamentin deputatı Qogi Meşveliani çatdırıblar.
Hər iki veterana faşizm üzərində Qələbənin 75 illiyi münasibətilə yubiley medalı təqdim olunub.
Veteranlar və kənd camaatı göstərilən diqqətə görə dövlət başçısına təşəkkür ediblər.