Məşhur tennisçidə koronavirus aşkarlanıb  
    
                          
     
                         23.06.2020
 
    
                        
Dünyanın bir nömrəli raketka ustası Novak Cokoviçdə koronavirus aşkarlanıb.
Serbiyalı idmançının testi müsbət nəticə verib.
Tennisçi Xorvatiyanın Zadar şəhərində keçirilən "Adria Tour” turnirdə infeksiyaya yoluxan Qriqor Dmitrov ilə təmasda olub.
Məşhur tennisçinin ailə üzvləri də koronavirus testindən keçiblər. Tennisçinin həyat yoldaşı da infeksiyaya yoluxub.