09 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

DÇ-2018: Bu gün İngiltərə-Tunis, Belçika-Panama və İsveç-Cənubi Koreya yığmaları oynayacaq

18.06.2018

Rusiyada təşkil olunan futbol üzrə dünya çempionatında bu gün daha 3 oyun keçiriləcək.
"Dövran Media"nın  məlumatına görə, ilk qarşılaşma F qrupunda İsveç və Cənubi Koreya yığmaları arasında olacaq.
Nijni Novqoroddakı eyniadlı stadionda keçiriləcək matçı salvadorlu referi Xoel Agilar idarə edəcək. Bu qrupun ilk görüşündə Meksika Almaniyanı 1:0 hesabı ilə yenərək, mundialın ilk sensasiyasına imza atıb.
Növbəti iki görüş G qrupuna təsadüf edəcək. Soçidəki "Fişt" stadionunda çempionatın favoritlərindən sayılan Belçika debütant Panamanı sınağa çəkəcək. Oyunu zambiyalı referi Canni Sikazu idarə edəcək. Bu matçda bir çoxları növbəti böyükhesablı qələbənin qeydə alınacağını düşünür.
Qrupun digər görüşündə isə Volqoqraddakı eyniadlı arenada Tunislə İngiltərə üz-üzə gələcək. Matçı kolumbiyalı referi Vilmar Roldan idarə edəcək.
DÇ-2018, 18 iyun, 
F qrupu
16:00. İsveç - Cənubi Koreya
Hakimlər: Xoel Agilar (Salvador), Xuan Karlos Mora (Kosta-Rika), Norbert Hauata (Taiti), Bertrand Brial (Yeni Kaledoniya)
Nijni Novqorod, "Nijni Novqorod" stadionu
G qrupu
19:00. Belçika - Panama
Hakimlər: Canni Sikazu (Zambiya), Jerson Dos Santos (Anqola), Zaxele Siula (CAR), Ryuji Sato (Yaponiya)
Soçi, "Fişt" stadionu
22:00. Tunis - İngiltərə
Hakimlər: Vilmar Roldan, Aleksander Quzman, Kristian de la Kruz (hamısı Kolumbiya), Rikardo Montero (Kosta-Rika), Kori Rokuel (ABŞ)
Volqoqrad, "Volqoqrad Arena"
Oyunların başlanma saatları Bakı vaxtı ilə göstərilib.