28 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Beynəlxalq yarış barədə qərar verildi

22.06.2020

COVID-19 pandemiyası ilə əlaqədar bu il keçirilməli olan bəzi sambo yarışları ləğv edilib.

Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən, 2020-ci ildə keçirilməli olan sambo üzrə beş beynəlxalq yarış olmayacaq.

Bunlar çimərlik sambosu üzrə dünya çempionatı (apreldə Kiprin Larnaka şəhərində keçirilməli idi), Qran Pri (mayda Fransanın paytaxtı Parisdə olmalı idi), Afrika çempionatı (iyunda Misirin paytaxtı Qahirədə baş tutmalı idi), veteranların dünya çempionatı (24-25 oktyabrda Niderlandın Almelo şəhərində keçirilməli idi) və Avropa Kubokudur (12-13 dekabrda İspaniyanın paytaxtı Madriddə təşkil olunmalı idi).

Qeyd edək ki, millimizin iştirak edəcəyi Avropa (18-20 sentyabr, Yekaterinburq) və dünya çempionatı (6-8 noyabr, Aşqabad), eləcə də yeniyetmə və gənclər arasında dünya çempionatı (9-11 oktyabr, Novi Sad) barədə qərar verilməyib.