29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ

22.06.2020

Ölkə ərazisində həftəlik gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında həftənin birinci yarısında mülayim cənub küləyinin sürəti 5-10 m/s, arabir 12-15 m/s olacaq. Havanın temperaturu 31-36 dərəcə isti təşkil edəcək. 

Həftənin sonunda isə hava şəraitinin qeyri-sabit keçəcəyi, iyunun 25-i gündüzdən 27-si səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi, bəzi yerlərdə yağış yağacağı gözlənilir. 

Havanın temperaturu tədricən 5-7 dərəcə aşağı enəcək, 24-26 dərəcə isti olacaq. 

22-25 iyunda Azərbaycanın bəzi şimal və qərb rayonlarında, həftə sonunda isə əksər rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir.

Qərb küləyi arabir 15-20 m/s, iyunun 25-27-də isə ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu 35-39, iyunun 26-27-də ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək, 28-33 dərəcə isti olacaq.