29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Həcc ziyarətinə getmək istəyənlərin nəzərinə! - QMİ

22.06.2020

Bu il Azərbaycandan Həcc ziyarətinin baş tutması qeyri-mümkün görünür.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

Qeyd olunub ki, hələlik Səudiyyə Ərəbistanından Həcc ziyarəti ilə bağlı hər hansı bildiriş gəlməyib, ancaq "yox" cavabı veriləcəyi ehtimal edilir. Digər tərəfdən burada vaxt məsələsinin də mühüm rol oynadığı bildirilib.

Vurğulanıb ki, Həcc ziyarəti müəyyən prosedur əsasında baş tutur, yəni sənəd qəbulu, aviareyslərin təşkili və s. Bütün bunlar vaxt tələb edən məsələlərdir. Əgər iyun ayının sonuna qədər sənəd qəbulu bərpa olunsa idi, Həcc ziyarəti baş tuta bilərdi. Lakin hazırda koronavirus səbəbindən həm ölkəmizdə, həm də Səudiyyə Ərəbistanında karantin rejimi tətbiq olunur və belə bir şəraitdə bu prosedurların həyata keçirilməsi mümkünsüzdür. Həcc ziyarəti isə Qurban bayramı zamanı baş tutmalıdır.

Qeyd edək ki, Azərbaycanda karantin rejimi tətbiq olunana qədər 250-dən çox insan Həcc ziyarətinə getmək üçün müraciət edib. Martın 24-dən Həcc ziyarətinə sənəd qəbul edilmir.

Ümumilikdə isə Həcc ziyarətinə sənəd qəbuluna yanvarın 27-də başlanmışdı.