28 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Fransanın iddialarına sərt cavab: Yalandır!

20.06.2020


Gəmi və qərargahdakı bütün qeydləri nəzərə aldıqda, sözügedən iddia tamamilə qeyri-real görünür.

Axar.az xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə naziri Hulusi Akar Fransanın iddiasına cavab olaraq deyib.

"Əksinə, lap əvvəldən mehriban, konstruktiv, əməkdaşlığa açıq münasibət sərgiləyən Türkiyə donanması fransızların istəyi ilə adıçəkilən gəmiyə yanacaq da verib. Mövzu ilə bağlı hazırlanan, Türkiyənin haqlı olduğunu sübut edən məlumat və sənədlər NATO qərargahındakı mülki və hərbi səlahiyyətli şəxslərə paylanıb”, - nazir bildirib.

Qeyd edək ki, Fransa Türkiyə gəmilərinin NATO vəzifəsini icra edən hərbi gəmilərə qarşı təxribat törətdiyini iddia edib.