04 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sergey Lavrov Minskə səfər edib

19.06.2020

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Belarusun paytaxtı Minskə səfər edib.

Bu barədə Rusiyanın Belarusdakı səfirliyinin "Twitter" hesabında məlumat verilib.

Səfər çərçivəsində Rusiya XİN başçısı belaruslu həmkarı Vladimir Makeylə görüşəcək.

Rusiya XİN-in mətbuat xidmətindən bildirilib ki, görüşdə Avrasiyada inteqrasiyanın inkişafı, Avrasiya İqtisadi Birliyi, KTMT və MDB çərçivəsində əməkdaşlıq, beynəlxalq platformalarda, xüsusən də BMT və ATƏT-də əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Səfər zamanı Rusiya ilə Belarus arasında vizaların qarşılıqlı tanınması barədə sazişin imzalanacağı da gözlənilir.