04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kamil Zeynallının polisin yanında digər sürücü ilə davası... - Rəsmi

19.06.2020

Daxili İşlər Nazirliyi (DİN) social şəbəkələrdə idmançı Kamil Zeynallının avtomobil yolunda polisin yanında digər sürücü ilə davam etməsi ilə bağlı yayılan görüntülərinə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, hadisə Bakı-Şamaxı yolununda yerləşən karantin postunda qeydə alınıb.

"Hadisə zamanı Kamil Zeynallı digər sürücü ilə yol üstündə bir-biri ilə dava ediblər. Ərazidə olan polis əməkdaşları da onları saxlayaraq, aidiyyəti üzə Polis Bölməsinə gətiriblər. Polis Bölməsində də həmin şəxslərin izahatları alınaraq, sərbəst buraxılıb. Buna baxmayaraq, araşdırmalar araşdırmalar davam etdirilir. Nəticəsindən aslı olaraq məsələyə hüquqi qiymət veriləcək”, - E.Zahidov bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə K.Zeynallının avtomobil yolunda digər sürücü ilə polisin yanında dava etdiyi barədə görüntülər yayılıb.