08 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Taksi sürənlərin NƏZƏRİNƏ

19.06.2020

Arakəsmə quraşdırılmayan avtomobillərə fərqlənmə nişanı verilməyəcək.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin açıqlamasında bildirilir. 

Qeyd edilib ki, ictimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişə uyğun olaraq, minik avtomobilində şəffaf arakəsmə quraşdırılması mütləqdir.

Həmçinin, Nazirlər Kabinetinin 4 mart 2019-cu il tarixli qərarına əsasən, Bakı şəhərinin inzibati ərazisində sərnişin daşımalarını yerinə yetirən taksi minik avtomobilləri onlar üçün irəli sürülən standartlara və normativlərə uyğun olmalıdır.