07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

TƏBİB baş direktoru təkzib etdi

19.06.2020

Göyçay Rayon Mərkəzi Xəstəxanasının xüsusi rejimli pandemiya xəstəxanası kimi müəyyənləşdirilməsi ilə bağlı qərarın ləğv edilməsi həqiqəti əks etdirmir.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, ötən gün TƏBİB xüsusi rejimli xəstəxanalar kimi fəaliyyət göstərəcək xəstəxanaların siyahısını ictimaiyyətə təqdim edib:

"Qeyd edilən xəstəxanalar ehtiyac yarandığı təqdirdə mərhələli şəkildə koronavirus xəstələri üçün xüsusi rejimli xəstəxanalar kimi fəaliyyət göstərəcək”.

Xatırladaq ki, Göyçay Mərkəzi Xəstəxanasının 17 iyunda koronaviruslu xəstələr üçün ayrıldığı bildirilmişdi.

Bu gün isə Göyçay Rayon Mərkəzi Xəstəxanasının baş direktoru Elçin Bilalov TƏBİB-də bu məsələnin yenidən müzakirə edildiyini, Göyçay RMX-nin bölgənin ən böyük xəstəxanası olması, Göyçaydan xəstələrin uzaq məsafəyə gedə bilməməsi və s. nəzərə alınaraq, xəstəxananın əvvəlki qaydada fəaliyyət göstərməsinin məqsədəuyğun hesab edildiyini bildirmişdi.