07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Müqavimət göstərəcəyik - Lavrov

18.06.2020

Moskva Deyton razılaşmasını yenidən nəzərdən keçirməklə bağlı bütün cəhdlərə müqavimət göstərəcək.

Bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov Serbiya Prezidenti Aleksandr Vuçiçlə görüşü zamanı deyib.

"Biz həmçinin Balkanlardakı situasiya, eləcə də Deyton razılaşmasının 25 illiyi ilə bağlı fikir mübadiləsi apardıq. Biz və serb dostlarımız bu qərara yenidən baxılmasına qarşı hər cür müqavimət göstərəcəyimizlə bağlı ortaq fikrə sahibik”, – deyə o bildirib.

Qeyd edək ki, Deyton müqaviləsi 1995-ci ildə imzalanıb. Müqaviləyə əsasən, Bosniya və Hersoqovinanın daxili quruluşu müəyyən edilib.