29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukraynada karantin avqustun 1-dək uzadılıb

17.06.2020


Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti iyulun 31-dək uzadılıb. Bu barədə Baş Nazir Denis Şmıqal hökumətin iclasında məlumat verib.

D.Şmıqal bildirib ki, koronavirusla bağlı məhdudiyyətlərin yumşaldılmasından sonra ölkədə virusa yoluxanların sayı artıb. Son bir həftə ərzində Ukraynada 4853 nəfərdə yoluxma qeydə alınıb ki, bu da pandemiya zamanı ən yüksək göstəricidir.

Qeyd edək ki, Ukraynada karantinin müddəti iyunun 22-də başa çatırdı.