29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İranda bir gündə 120 nəfər ölüb

17.06.2020


Artıq 4-cü gündür ki, İranda koronavirusdan ölənlərin sayı 100–dən çox olur. Son 24 saat ərzində 2612 nəfər virusa yoluxub, 120 nəfər vəfat edib.

Bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Səadət Sima Lari keçirdiyi gündəlik mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, İranda yoluxanların ümumi sayı 195 min 51 nəfərə, ölənlərin sayı isə 9185-ə çatıb. Xüsusi xəstəxanalarda müalicə alan 154 min 812 nəfər sağalaraq evə buraxılıb. İntensiv terapiyada yatan 3 minə yaxın xəstənin vəziyyəti ağır olaraq qalır.

Qeyd olunub ki, İranın Kürdüstan, Sistan-Bəlucistan, Şərqi Azərbaycan, Fars vilayətlərində yoluxma və ölüm halları daha çox qeydə alınır.