29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Murad Bəhramdan danışdı: Möcüzəyə inanıram...

17.06.2020

Xəzər Televiziyasının rəhbəri, xalq artisti Murad Dadaşov "Planet Parni iz Baku" komandasının İnstaqramda yayımlanan 2+1=4 layihəsinin canlı yayımında qonaq olub.

Murad Dadaşov yaxın dostu, əməkdar artist Bəhram Bağırzadənin səhhəti haqqında danışıb:

"Bəhramın səhhəti ilə bağlı xəbər hamımızı çox üzdü, məyus etdi. Bu dəqiqə vəziyyət şoka salacaq dərəcədədir. Əlbəttə ki, Bəhrama səmimi qəlbdən olan maraq müəyyən problemlər də yaratdı, ajiotaj doğuran xəbərlərə də əl atdılar. Amma inanmıram ki, bu məsələlərdə insanların niyyəti pis idi. Bəhramı hamı sevir, ona heç kim bu cəmiyyətdə pislik etməz. Bu dəqiqə hanısa bir narazlığa, gərginliyə səbəb yoxdur.

Bəhramın səhhəti ilə bağlı dualara ehtiyac var. Onun səhhəti ilə maraqlananlara və hər kəsə dərin təşəkkürümü bildirirəm. Bu işlə dövlət başçımız İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva şəxsən maraqlanır".

Murad Dadaşov Bəhram Bağırzadə haqqında şayiə yayanlara da səslənib: "Aydındır ki, ailəsinin vəziyyəti çox ağırdır. Amma dostlar, biz bu haqda yazanda bir faktı yaddan çıxarmayaq. Biz hamının xoşuna gələ bilmərik, cəmiyyətdə bir-birimizə bağlıyıq, istədik-istəmədik, sevdik-sevmədik. Bəhram Bağırzadənin yaşlı anası, övladları, həyat yoldaşı, bacısı, bizim kimi qardaşları var. Biz hamımız çox gərginik.

Bu bəla elə bir bəladır ki, millət, yaş, sərhəd tanımır. İstənilən qapını döyə bilər. "Koronavirus yoxdur, məni tutmaz" deyənlərə bu hadisə cavabdır. Ümidvaram ki, Bəhramın gücü, bizim dualarımız yetər ki, bu bəladan qurtarsın.

Açığını deyim ki, bu dəqiqə proqnozlara deyil, yalnız möcüzlərə inanıram. İnsanın həyatı boyu etdiyi yaxşılıqlar onun çətin vəziyyətdə qarşısına çıxır. Ümid edirəm ki, Allah Bəhramı ailəsi, xalqı və bizim kimi dostları üçün qoruyub saxlayacaq".

Qeyd edək ki, koronavirus testi pozitiv çıxan Bəhram Bağırzadə iyunun 13 -dən Mərkəzi Gömrük Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.