29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu avtomobil yolu yenidən qurulur

17.06.2020

Hacıqabul rayonu ərazisindəki Hacıqabul–Muğan avtomobil yolunda yenidənqurma işləri yekunlaşmaq üzrədir.

Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, uzunluğu 11,5 kilometr olan yolun 6,4 kilometrlik hissəsi III texniki dərəcəli, 5,1 kilometrlik hissəsi isə şəhərdaxili yoldur. Yenidənqurma işləri çərçivəsində zəruri olan yerlərdə atmosfer sularının axıdılması üçün 720 poqonmetr uzunluğunda borular quraşdırılıb və 40 suqəbuledici barmaqlıqlar qoyulub. Bundan başqa, yolboyu piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə, mövcud piyada səkiləri bərpa olunub, kənarlarına 1600 poqonmetr yeni səki daşları düzülüb.

Hazırda Hacıqabul-Muğan avtomobil yolu boyunca əsaslı təmir işlərinin sonuncu mərhələsi üzrə asfaltlanma işləri aparılır. Yola ərazilərdən asılı olaraq bir neçə laydan ibarət yeni asfalt-beton qarışığı döşənir. Bunun ardınca avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə yolboyu 77 müxtəlif yol nişanı və məlumatverici lövhə, 196 siqnal dirəyi quraşdırılacaq, həmçinin yol-cizgi və yolgöstərici xətlər çəkiləcək.

Yolun yenidən qurulması ilə 32 min əhalinin yaşadığı 2 yaşayış məntəqəsi arasında nəqliyyat əlaqəsi daha da yaxşılaşacaq, yük və sərnişin daşıması asanlaşacaq. Ən əsası isə əhalinin bir neçə istiqamətdən Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtromobil yoluna, həmçinin Hacıqabul-Şirvan avtomobil yolu vasitəsilə respublikanın digər şəhər və rayonlarına rahat çıxışı təmin olunacaq.