29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyədən Fransaya sərt MESAJ

17.06.2020

Fransa Suriyada olduğu kimi Liviyada da qaranlıq işlərlə məşğuldur.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, Türkiyənin Liviyadakı fəaliyyəti qanunidir:

"Fransa Liviyada qanuni hökuməti devirməyə və ölkədə avtoritar bir rejim qurmağa çalışan qiyamçı Xəlifə Haftara dəstək verir. Bölgədə sülh və sabitliyin bərqərar olunmasına ən böyük maneə Fransa və bəzi ölkələrin BMT Təhlükəsizlik Şurasının qətnamələrinin əksinə olaraq qanunsuz quruluşlara dəstək göstərməsidir.

Fransanın bu qaranlıq işlərindən narahat olmaq lazımdır. NATO ölkəsinin bu şəkildə hərəkət etməsi qəbul ediləcək bir hal deyil”.

Qeyd edək ki, Fransa Türkiyənin Liviyaya müdaxiləsinin qəbuledilməz olduğunu açıqlayıb.