29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Almaniya Azərbaycana nümayəndə heyəti göndərəcək

17.06.2020

23-27 noyabr 2020 tarixlərində Almaniya şirkətlərindən ibarət işgüzar nümayəndə heyəti Azərbaycana səfər edəcək.

Alman-Azərbaycan Xarici Ticarət Palatasından ("AHK Azərbaycan) "APA-Economics"ə verilən məlumata görə, Almaniyanın Federal İqtisadiyyat və Energetika Nazirliyi, Alman Mühəndislik Birliyi və "Commit Project Partners GmbH" şirkəti ilə əməkdaşlıq çərçivəsində təşkil olunacaq işgüzar görüşlərdə əsasən neft və qaz sənayesi və maşınqayırma üzrə əməkdaşlığa toxunulacaq.

"AHK Azərbaycan”dan bildirilib ki, Almaniya Azərbaycanın dördüncü ən vacib ticarət tərəfdaşı olsa da, Alman məhsulları ölkədə böyük nüfuza malikdir. Belə ki, 2018-ci ildə Almaniyanın Azərbaycana etdiyi ümumi ixracın 32,6%-i maşın, 23,4%-i isə nəqliyyat vasitələri və ehtiyat hissələri təşkil edib. Maşın ixracatı ümumi dəyəri 110 mln. avroya çatdırıldı. Azərbaycana idxal olunan maşınların yalnız dörddə biri inşaat və tikinti materialları zavodları sektoruna, 13,4%-i isə qida emalı və qablaşdırma sektoruna aiddir.
Azərbaycanda maşınqayırma sahəsinə qoyulan sərmayənin artması Alman şirkətlərinin Azərbaycana cəlb edilməsi və ölkə iqtisadiyyatının yaxşılaşdırılması üçün fürsət ola bilər. Bu həmçinin Alman şirkətlərinin biliklərini Azərbaycana çatdırmaq üçün imkan yaradacaq.