29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Prezident 3 sərəncam, 2 fərman imzaladı

16.06.2020

Prezident İlham Əliyev "Salyan rayonunun Yuxarı Noxudlu–Aşağı Noxudlu–Xurşud–Aşağı Kürkəndi avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb.

Sərəncamla altı min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Yuxarı Noxudlu–Aşağı Noxudlu–Xurşud–Aşağı Kürkəndi avtomobil yolunun tikintisi məqsədilə "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 5,6 milyon (beş milyon altı yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikasının səhiyyə işçilərinin "Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycanda səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər "Tərəqqi” medalı ilə təltif edilsinlər:

Abdullayev Eldar Həmzəli oğlu

Ələkbərov Könül Fidayıl oğlu

Əliyev Maarif Murad oğlu

Əliyev Yusif Qəmət oğlu

Əliyeva Nərgiz Rafiq qızı

Hacıyev Eldar Şabulla oğlu

Həsənov Nəcəf İsa oğlu

İbrahimli Adil İsfəndiyar oğlu

İldırımzadə Nazim Əli oğlu

İsayeva Mehriban Musa qızı

Qarayeva Sürəyya Nəsirulla qızı

Quliyev Zabit Yəhya oğlu

Məmmədov Eldar Əbülfəz oğlu

Muştakov Şirin Ağaşirin oğlu

Sərvərov Əliyar Ənvər oğlu

Vəlizadə Cəbrayıl Mamay oğlu.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikasının səhiyyə işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan səhiyyəsinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

"Əməkdar həkim”

Abbasova Nəzakət Salah qızı

Abdullayev İlyas İdris oğlu

Bayramov Əli Əliəsgər oğlu

Əsədov Çingiz Daşdəmir oğlu

Həsənov Kamil Asif oğlu

İsayev Firqət Məhərrəm oğlu

İsmayılov İlqar Kamal oğlu

İsmayılova Ofelya Ələddin qızı

Qəhrəmanova Səmrat Məmməd qızı

Quliyev Ağayar Əlövsət oğlu

Nəsirov Şahlar Yəhya oğlu

Nəzərov Cəlil Oruc oğlu

Nəzərov Fuad Cabbar oğlu

Səfərov Ayaz Həsənbəy oğlu

Səfərov Ələddin İbrahim oğlu

Tağıyev Ələkbər Soltan oğlu

Tağıyeva Ziyafət Teymur qızı

Yunusov Məhəmmədemin Baba oğlu

"Əməkdar tibb işçisi”

Məmmədova Cəmilə Həsən qızı

Orucova Həvva Abbasqulu qızı.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2004-cü il 29 yanvar tarixli 16 nömrəli və "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və Komitənin strukturunun təsdiq edilməsi barədə” 2012-ci il 4 iyun tarixli 646 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 8 may tarixli 88-VIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun icrası ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 16 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 1, maddə 22; 2005, № 10, maddə 910; 2008, № 11, maddə 970; 2009, № 2, maddə 59, № 7, maddə 532, № 12, maddə 983; 2010, № 11, maddə 964; 2011, № 2, maddə 85, № 6, maddə 493; 2015, № 9, maddə 986; 2018, № 5, maddə 924) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 8.20-1-ci bənd əlavə edilsin:

"8.20-1. "Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq beynəlxalq əməkdaşlığı həyata keçirir, o cümlədən beynəlxalq monitorinqlərin aparılması üçün lazımi təşkilati tədbirlər görür;”.

2. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 540; 2013, № 12, maddə 1552; 2014, № 1, maddə 14; 2015, № 6, maddə 699; 2016, № 9, maddə 1487, № 10, maddə 1626; 2017, № 12 (I kitab), maddə 2333; 2018, № 7 (I kitab), maddə 1487; 2019, № 6, maddə 1031; 2020, № 2, maddə 97) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 3.1.24-1-ci yarımbənd əlavə edilsin:

"3.1.24-1. "Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kimyəvi maddələr üzrə idxal, ixrac və tranzit əməliyyatlarını həyata keçirən müəssisələrin mərkəzləşdirilmiş qeydiyyatını aparmaq, habelə həmin müəssisələr haqqında illik bəyannamələri hazırlamaq və aidiyyəti üzrə təqdim etmək”.

***

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun icrası ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 1, maddə 46; 2018, № 7 (I kitab), maddə 1492; 2019, № 3, maddə 414, № 7, maddə 1247, № 10, maddələr 1580, 1592; 2020, № 2, maddə 109; Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 20 may tarixli 1031 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti haqqında Əsasnamə”də dəyişiklik təsdiq edilsin”.