29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Çarukyan həbs edilir: Aksiya başladı

16.06.2020

Ermənistan parlamentində Çiçəklənən Ermənistan Partiyasının lideri Qagik Çarukyanın toxunulmazlığının ləğv edilməsi və məsuliyyətə cəlb olunması ilə bağlı məsələ müzakirəyə çıxarılıb.
Məsələ ilə əlaqədar parlamentə Baş prokuror Artur Davtyan müraciət edib.
Qeyd edək ki, ötən gün Milli Təhlükəsizlik Xidməti Çiçəklənən Ermənistan Partiyasının bütün ofislərində araşdırmaya başlayıb. Eyni zamanda, partiyanın sədri MTX-yə aparılaraq, istintaqa cəlb edilib. Onun qanunsuz kazino və digər fəaliyyətindən dolayı dövlət büdcəsinə 30 milyard dram (təxminən 62 milyon dollar) ziyan vurduğu bildirilib. Eyni zamanda Çarukyan 2017-ci il seçkisi zamanı seçicilərin səsini pulla almaqda ittiham edilir.
Olayla bağlı ötən gündən Çiçəklənən Ermənistan Partiyasının tərəfdarları aksiyaya başlayıb. Polisin müdaxiləsi ilə aksiya iştirakçıları arasında xəsarət alanlar var.

Hazırda da parlamentin önündə aksiya davam edir.