29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Polis deputatlara güc tətbiq edib

14.06.2020


Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) müxalif "Çiçəklənən Ermənistan" partiyasının sədri Qaqik Tsarukyanı istintaqa cəlb etməsi ölkədə ciddi narazılığa səbəb olub.

Hakimiyyətin bu addımına etiraz edən kütlə MTX-nin binası qarşısında aksiya keçirib. Aksiyada Ermənistan parlamentinin deputatları da iştirak ediblər.

Polis aksiya iştirakçılarına və deputatlara güc tətbiq edib.

Deputatlar MTX-nın yerləşdiyi Xancyan küçəsindən zorla uzaqlaşdırılıblar. Polisin güc tətbiq etməsi nəticəsində deputatlardan Karine Poqosyan və Arman Abovyan xəsarət alıb. Digər deputat Caanibek Ayrapetyan isə naməlum istiqamətdə aparılıb.

Bildirilir ki, Qaqik Tsarukyana qarşı 3 maddə üzrə cinayət işinin açılması əslində siyasi motivlərlə bağlıdır. Belə ki, Q.Tsarukyan baş nazir Nikol Paşinyanın istefasını tələb edib və tərəfdaşlarını da bu çağırışa qoşulmağa çağırıb.

Müxalifət etiraz aksiyasını davam etdirəcəyini bildirir.