30 04 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan: 387 yoluxma, 274 sağalma, 4 ölüm

14.06.2020


Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 387 yoluxma faktı qeydə alınıb, 274 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 9957 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 5583 nəfər müalicə olunaraq sağalıb, 119 nəfər vəfat edib. Aktiv xəstə sayı 4255 nəfərdir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 381 min 846 test aparılıb. Bugünkü test sayı isə 6087-dir.