02 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ-ın hərbi bazası raket atəşinə tutulub

14.06.2020


Ötən gecə ABŞ-ın İraqdakı hərbi bazası yenə raket atəşinə məruz qalıb.

İraq mətbuatı xəbər verir ki, Bağdad yaxınlığında yerləşən hərbi bazaya iki raket atılıb. Nəticədə hərbi bazadakı bəzi tikililərə ziyan dəyib. Atəş zamanı bazada olan ABŞ əsgərlərindən heç kim xəsarət almayıb.

İraqın xüsusi xidmət orqanları dərhal hadisə yerinə gəliblər. ABŞ və İraq mütəxəssisləri birgə araşdırma aparırlar.

Cari ildə ABŞ-ın İraqdakı hərbi bazalarına və səfirliyinə bir neçə dəfə hücum olub.