02 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Londonda mitinqlər davam edir

14.06.2020


London şəhərində anti-irqçiliyə qarşı mitinq keçirilib.

Polis hər iki qrupun toqquşmasının qarşısını almaq üçün maneələr yaradaraq bəzi tədbirlər görüb.

Mitinqdə ifrat sağ qanad qrupu ilə polis arasında toqquşma baş verib. Belə ki, qrup Baş Nazirin əyləşdiyi binanın yaxınlığında polisə hücum edib. Toqquşmalarda 15 nəfər xəsarət alıb, onlardan ikisi polis əməkdaşıdır. Aksiya polis tərəfindən dağıdılıb.

London Polis İdarəsi 5 nəfəri həbs edib. Bu şəxslərin narkotik istifadəçiləri olduğu müəyyənləşib.

Londonun meri Sadiq Xan öz "Twitter” hesabında açıqlama verib və toplaşanlardan hamısının ərazini tərk etmələrini istəyib. O, bunun koronavirusun yayılmasının qarşısını almaq üçün lazım olduğunu söyləyib.

Baş Nazir Boris Con keçirilən etirazlarla bağlı "Twitter” hesabından "Küçələrimizdə irqçi quldurlar üçün yer yoxdur” deyib.