02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Təqaüd alan tələbələrin sayı 50 faizə çatdırılılacaq

13.06.2020

Təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı müvafiq sərəncama əsasən, dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı 2019-cu il martın 1-dən 16 min vahid artırılıb, təqaüd alan tələbələrin sayı cari tədris ilində 45 faizə çatdırılıb.

Təhsil Nazirliyindən verilən məlumata görə, 2020-2021-ci tədris ilində isə 50 faizə çatdırılması nəzərdə tutulub.

Ölkə başçısının ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı imzaladığı fərman və sərəncamlara müvafiq olaraq 600-ə yaxın doktorantın və 110 mindən artıq tələbənin təqaüdü 2019-cu il martın 1-dən orta hesabla 20 faiz, ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı 30 faiz artırılıb.