02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ronaldunun sevgilisi: “Ondan utanırdım”

13.06.2020

Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldunun sevgilisi Corcina Rodriges etiraf edib ki, karantində portuqaliyalı hücumçu ilə məşq etməkdən diskomfort hissi keçirib.

Xəbəri "The Sun” nəşri yayıb.

"Əvvəlcə Kriştianu ilə məşq etməkdən utanırdım. Təsəvvür edin ki, onun yanında məşq etməli olursan. Ronaldu oyunlarda olduğundan, evdə həmişə tək məşq etmişəm. Lakin bir müddət sonra bu hiss keçdi. İndi onunla məşq etməkdən zövq alıram. O, mənə motivasiya verdi, özümə güvənimi artırdı”, - C.Rodriges bildirib.

Məşhur model əlavə edib ki, K.Ronaldu peşəkar idmançıdır və bu səbəbdən, onların fiziki bacarıqlarını, məşq səviyyəsini müqayisə etmək doğru deyil.