08 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Hakimiyyət orqanları Kolumbun abidəsini söküb

12.06.2020


ABŞ-ın Kamden şəhərinin (Nyu-Cersi ştatı) hakimiyyət orqanları Amerikanı kəşf edən səyyah Xristofor Kolumbun parkda qoyulan abidəsini söküb.

Yerli sakinlər Kolumbun abidəsinin parkdan götürülməsi xahişi ilə dəfələrlə şəhər administrasiyasına müraciət edib. Nəticədə abidə postamentdən götürülüb və hissələrə parçalanıb. Uzun zamandır abidənin sökülməsini istəyən şəhər əhalisi iyunun 13-də bu tələbə dəstək üçün marş keçirməyi planlaşdırırdı. Tədbir təşkilatçılarının sözlərinə görə, hakimiyyət onların bu planından xəbər tutaraq abidəni sökmək qərarına gəlib.

"Əvvəllər də bu abidənin götürülməsi barədə çağırışlar olub. Bu, çoxdan gözlənilən məsələ idi, lakin indi biz irqçilik nişanələrini daşıyan və ədalətsizliyi təcəssüm etdirən simvolların yenidən nəzərdən keçirilməsi üzrə plan hazırlamalıyıq”, - deyə əhalisinin əksəriyyəti Afrika əsilli amerikalılardan təşkil olunan Kamden şəhərinin meri Frenk Moran bildirib.

Bir qədər əvvəl etirazçılar Xristofor Kolumbun Riçmond (Virciniya ştatı) və Sent-Pol (Minnesota ştatı) şəhərlərindəki abidələrini dağıdıb, Boston və Mayamidəki heykəlləri isə vandalizmə məruz qalıb.

Qeyd edək ki, mayın 25-də qaradərili Corc Floydun polis tərəfindən öldürülməsindən sonra ABŞ-ın bir çox şəhərlərini irqçiliyə qarşı etiraz dalğası bürüyüb. Kütləvi aksiyalar bir sıra hallarda iğtişaş və talanlarla müşayiət olunub. Bu, ABŞ-da vətəndaş müharibəsi zamanı quldarlığın hökm sürdüyü Cənubun general və əsgərlərinə, həmçinin sol fəallar tərəfindən Amerikanın yerli sakinlərinin soyqırımında ittiham olunan səyyah Xristofor Kolumba qoyulan abidələrdən də yan keçməyib. Bir çox belə abidə hakimiyyət orqanlarının qərarı ilə sökülüb və ya etirazçılar tərəfindən dağıdılıb.