09 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Macarıstan yenidən “Suzuki” istehsal edəcək

12.06.2020


 Yaponiya avtokonserninin Macarıstanın Esterqom şəhərindəki zavodu pandemiya şokundan sonra "özünə gəlməyə” başlayır. Müəssisə həm əvvəlki səviyyədə istehsalı, həm də əvvəlki əməkdaşların tam ştatını bərpa edir.

Macarıstanın "BBJ” işgüzar qəzeti xəbər verir ki, avtomobil nəhəngi iyunun 29-dan istehsala ikinövbəli rejimdə başlamağa hazırlaşır və bu məqsədlə şirkət əlavə olaraq təqribən 400 nəfərin işə götürülməsi barədə elan edib. Beləliklə, işçi ştatı üç minə çatacaq.

Qeyd edək ki, zavod koronavirus epidemiyası ilə əlaqədar martın 23-də istehsalı dayandıraraq 3 həftə fəaliyyət göstərməyib. Ölkədə artıq hamı istehsalatın yenidən işə salınmasının qeyri-mümkünlüyünü ehtimal edirdi. İndi isə müəssisənin rəhbərliyində hesab edilir ki, Avropa avtomobil sənayesi şok vəziyyətindən tədricən çıxmağa başlayır. Lakin ekspertlərin fikrincə, bu sahənin tam normal vəziyyətə qayıtması üçün ən azı yarım ildən bir ilə qədər vaxt lazım gələcək.

Ötən il zavodun satış həcmi 2 milyard avro təşkil edib. Bunun 280 milyon avrosu daxili bazardakı satış hesabına əldə olunub.