09 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Gəzmək üçün Təcili Yardım maşını oğurladı

12.06.2020


İstanbulun Okmeydan səmtində yerləşən Prof. Dr. Cemil Taşcıoğlu Şəhər Xəstəxanasının qarşısında dayanan Təcili yardım Çetin A adlı bir şəxs tərəfindən oğurlanıb.

Bir qrup polis  hadisə yerinə gəlib. Büyükdere Prospekti üzərindən Kağıthane'ye doğru gedən təcili yardımın Çeliktepe Mahallesi İsmət İnönü Caddesinde polis qrupları tərəfindən dayandırılması istənilib. Şübhəli dayanmadığı vəziyyətdə polislər havaya atəş açıb. Polis qruplarından qurtara bilmədiyini anlayan Çetin A. sonda  təslim olub.

Nəzarətə alınan şübhəli polis bölməsinə aparılıb. Oğurlanan Təcili yardım maşını isə bir polis məmuru tərəfindən xəstəxanaya gətirilib. Polis bölməsində  Çetin A.-nın verdiyi ilk açıqlamada, şəhərdə rahat gəzmək üçün Təcili yardım maşınını oğurladığını söyləyib.