09 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İspaniya payız dalğasına hazırlaşır

12.06.2020


İspaniya uzunmüddətli karantindən sonra normal həyata qayıdır.

İspaniya hökuməti ölkə sakinləri üçün karantindən sonrakı yaşam qaydalarını hazırlayıb. İyunun 21-də başlanması nəzərdə tutulan həmin müddət koronavirusa qarşı vaksin tapılana qədər davam edəcək. Mütəxəssislər yayda yoluxmanın artacağını mümkün saysalar da, vəziyyətin nəzarətdə olduğunu bildirirlər. Koronavirusun ikinci dalğasının payıza təsadüf ediləcəyi və onun qrip dalğası ilə üst-üstə düşəcəyi ehtimal olunur.

Bu səbəbdən İspaniyanın Səhiyyə Nazirliyi və Muxtar İcmalar riskləri azaltmağa çalışır və növbəti dəfə səhiyyə sistemini gücləndirirlər. Qrip əleyhinə kampaniyaya mümkün qədər tez, oktyabrın ilk həftələrində başlamaq nəzərdə tutulur. Bu məqsədlə qripə qarşı kifayət qədər vaksin alınması planlaşdırılır. Səhiyyə Nazirliyi hazırlıq kampaniyası çərçivəsində muxtar qurumlar üçün dörd milyon dozalıq vaksin almağı öhdəsinə götürüb.

Payızda qripə qarşı peyvənd tibb işçilərinin 75 faizini, habelə əhalinin ən həssas təbəqələrini, o cümlədən 65 yaşdan yuxarı olan insanları, hamilə qadınları və başqalarını əhatə edəcək.