29 09 2023-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
01/08/2023
31/07/2023
29/07/2023
28/07/2023
27/07/2023
26/07/2023
25/07/2023
24/07/2023

Şəhla Zeynallı təqdim edir: FƏALİYYƏT

12.06.2020


Həyat özünü tapmaqla deyil, özünü yaratmaqla bağlıdır. (Corc Bernard Şou)

Fəaliyyət insan varlığının əsasını təşkil edir. Hərəkət adlandırdığımız, ətrafımızdakı mühitə təsir etdiyimiz hər an fəaliyyətdir. Hətta qısa mənada fəaliyyət termini hərəkət (aktivlik) termini ilə ekvivalent hesab olunur. Həvəs, iradə və hədəf isə onun əhatəsindədir, çünki bunlarsız fəaliyyət də mövcud deyil.

Əslində fəaliyyət insanın şəxsiyyətini inkişaf etdirməyə xidmət edir. Həqiqətən belə deyilmi? Ümumiyyətlə, insan hər gün dünənindən irəlidə olmamalıdırmı? Dünən "A”, bu gün "B”, sabah artıq "C”.  Bunu maddiyyat olaraq deyil, mənəviyyat kimi dəyərləndirək. Bu gün yaşadığımız həyatda maddi varlılığın lazımlığını heç kim inkar edə bilməz, lakin mənəviyyatı boş insanın dolu maddiyyatının heç bir mənası yoxdur. Deyə bilərik ki, bu nəğməni çox eşitmiş və oxumuşuq, bizə lazım olan nədir, necədir bu dolu mənəviyyata çatmaq? Bəlkə də sadəcə düşünmək, bizə çox kiçik görünən amma olarsa insanı "Z” nöqtəsinə aparacaq düşünmə.

Sevincli, kədərli, qarmaşıq, bəlkə də ağır günün sonunda özünlə hesablaşma, özünü qınama və günahlandırma deyil, sadəcə, 15-20 dəqiqəlik özünlə söhbət.

Bəlkə də başımızın içindəki bu "kiçik” saydığımız bu 15-20 dəqiqəlik xoş çaxnaşma bizi düşündüyümüzdən daha çox irəli apara bilər...
Şəhla Zeynallı