05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İstilər koronavirusa necə təsir göstərir?

12.06.2020


Ultrabənövşəyi şüalar virusa öldürücü təsir göstərir. Buna baxmayaraq, COVID-19 infeksiyasının yoluxma tempi zəifləməyə bilər.

"Parlamentskaya qazeta”  xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin baş epidemioloqu, akademik Nikolay Briko bildirib. Onun sözlərinə görə, insanlar məhdudlaşdırıcı tədbirlərə əməl etsələr, iyun ayında yoluxmaların tədricən azalması ilə nəticələnən epidemiyanın əks fazası başlaya bilər.

Qeyd edək ki, martın 11-də Dünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer saytının Bakı vaxtı ilə bu gün saat 14:00-a olan məlumatına əsasən, dünyada 7 milyon 616 mindən çox yoluxma və 424 min 228 ölüm faktı qeydə alınıb, 3 milyon 854 min 968 nəfər isə COVID-19 xəstəliyindən sağalıb.