05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bir gündə Çində 7 koronavirus xəstəsi aşkarlanıb

12.06.2020


Çində sutka ərzində koronavirusa yeddi yoluxma halı, həmçinin bir nəfər simptomsuz infeksiya daşıyıcısı aşkarlanıb.

Sinxua agentliyi xəbər verir ki, Çinin Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin məlumatına görə, son sutka ərzində ölkədə COVID-19 xəstəliyindən ölən olmayıb, dörd nəfər isə sağalaraq xəstəxanadan buraxılıb.

Xəstələnən yeddi nəfərdən altısı xaricdən gələnlərdir, bir nəfər isə Pekində yoluxub. Buna qədər paytaxtda 56 gün idi ki, xəstəliyə yoluxma halı müşahidə edilməmişdi.

Aprelin əvvəlindən başlayaraq Çində simptomsuz pasientlər üzrə ayrıca statistika dərc olunur. Əgər koronavirus testinin nəticələri müsbət çıxan və xəstəlik simptomları müşahidə edilməyən şəxslərdə xarakterik əlamətlər baş verərsə o, rəsmi statistikalarda yoluxma halı kimi göstərilir. Ötən sutka ərzində simptomu olmayan, lakin koronavirus testi müsbət nəticələnən bir nəfər ölkə ərazisinə xaricdən daxil olub. Hazırda tibbi nəzarətdə saxlanılan 104 belə pasientin 45-i xarici ölkələrdən gələnlərdir.

Xatırladaq ki, Çin hökuməti 2019-cu il dekabrın 31-də ölkənin mərkəzi hissəsində yerləşən Hubey əyalətinin Uxan şəhərində naməlum pnevmoniyanın yayılmağa başladığı barədə Dünya Səhiyyə Təşkilatını məlumatlandırıb. Mütəxəssislər xəstəliyə yeni koronavirusun səbəb olduğunu müəyyən edib və sonradan həmin xəstəlik rəsmən COVID-19 adını alıb. Mart ayında Dünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.

Çində indiyədək 83 min 64 nəfər koronavirus infeksiyasına yoluxub, 4 min 634 nəfər isə COVID-19 xəstəliyi səbəbindən həyatını itirib. Hazırda müalicə alan 65 nəfər arasında vəziyyəti ağır olan xəstə yoxdur.