05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

TƏBİB-dən ofis sahiblərinə müraciət

12.06.2020


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ofis sahiblərinə müraciət edib. Müraciətdə ofis binalarının əməkdaşları, sahibkarlar və menecerlərin ofis daxilində COVID-19 infeksiyasından qorunmaq üçün bir sıra qaydalara əməl etməli olduqları bildirilib.

TƏBİB-dən verilən məlumata görə, əməkdaşlar COVID-19 haqqında maarifləndirilməli, ofisdə gigiyena qaydalarına əməl olunmasını təşviq etməklə bağlı posterlər yerləşdirilməlidir.

Eyni zamanda, xəstəliyi olan əməkdaşlar ofis binasına buraxılmamalı və evdə izolyasiya olunmasına şərait yaradılmalıdır.

Qeyd olunub ki, ofisdə asqırarkən və ya öskürərkən ağız və burun birdəfəlik salfetlə örtülməli, ofis birdəfəlik salfetlərin atılması üçün qapalı zibil qabları ilə təmin olunmalı və əlləri dezinfeksiya etmək üçün içində dezinfeksiyaedici məhlul olan dispenserlərlə təchiz edilməlidir.