05 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Twitter” 32 mindən çox hesabı sildi

12.06.2020

"Twitter” mikrobloq servisinin administrasiyası Rusiya, Çin və Türkiyədən olan istifadəçilərlə əlaqəli 32 mindən çox hesabı bloklayıb.

TASS xəbər verir ki, bu barədə sosial şəbəkənin rəsmi saytında yayılan bəyanatda qeyd olunub.

Bildirilir ki, 32 242 hesab bağlanıb, onların yayımladığı bütün materiallar silinib.

"Twitter”in məlumatında qeyd olunur ki, bloklanan hesablar üç ölkənin hökumət orqanları ilə əlaqəli olub və onların sahibləri "məlumat əməliyyatları”nda iştirak ediblər.

Sosial şəbəkənin rəhbərliyi hesab edir ki, bununla da hesab sahibləri qaydaları pozublar.