05 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Karantinin yaratdığı ağrılar - Həkimdən AÇIQLAMA

12.06.2020

Artıq bir neçə aydır davam edən pandemiya və karantin dövrü ilə əlaqədar insanlar arasında oturaq həyat tərzi geniş yayılmağa başlayıb. Oturaq həyata öyrəşən insanlarda nisbətən uzun gəzintilərdən sonra ayaq ağrıları müşahidə olunur.
Məsələ ilə bağlı açıqlama verən ortoped-travmatoloq Rəşad Zeynalov bildirib ki, epidemiya müddətində evdə uzun müddət hərəkətsiz qalan insanlarda oynaq ətrafı əzələlər zəifləyə bilər.
"Hərəkətsizlik ortopediya ilə bağlı oynaq ətrafı əzələlərin zəifliyinə, artıq bədən kütləsinin yaranmasına şərait yaradır. Oynaq ətrafı əzələlərin zəifləməsi və çəkinin çoxalması oynaqlara düşən yükün artmasına və mövcud oynaq problemlərinin daha qabarıq büruzə verməsinə şərait yaradır. Bu problemlərdən qaçmaq üçün insanlar oynaq üçün ev şəraitində edə biləcəkləri hərəkət proqramlarından istifadə edə bilərlər. Bu hərəkət proqramları onları özlərini daha rahat hiss etməsinə köməklik edəcək”.