05 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Avropa sərhədlərini açır

11.06.2020

Bir neçə Avropa ölkəsi iyunun 16-dan etibarən COVID-19-un daha yaxşı nəzarət altına alındığı ölkələrlə sərhədləri açacaq.

Bu barədə "Euronews” xəbər yayıb.

Bunlara Almaniya və Avstriya da daxildir. Avstriyanın Avropada koronavirusun ən ağır vurduğu ölkələrdən biri olan İtaliya ilə sərhədlərini açacağı bildirilir.

İspaniya sərhədlərini iyulun 1-dən başlayaraq beynəlxalq səyahətçilərə açacaq, lakin qonşu Portuqaliya və Fransa ilə sərhəd məhdudiyyətləri 22 iyunda qaldırılacaq.

Pandemiya ilə bağlı vəziyyət Avropada əhəmiyyətli dərəcədə yaxşılaşsa da, Fransa və İspaniya da daxil olmaqla, bir çox ölkə gündəlik yüzlərlə yeni infeksiya halları barədə məlumat yaymağa davam edir.