05 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycandan Kann Festivalına ETİRAZ

11.06.2020


Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Kann Film Festivalının təşkilatçılarına etiraz məktubu göndərib.

Məktubda Dağlıq Qarabağın azərbaycanlı icması ermənilərin Kann Festivalına təqdim olunmaq üçün çəkdikləri "Əgər külək olsa” (Si le vent tombe) filminin yayımlanmasına etiraz bildirilir.

Qeyd olunur ki, sözügedən film Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində qanunsuz olaraq çəkilib. Filmdə göstərilən Xocalı aeroportu Azərbaycana məxsusdur və işğaldan sonra Ermənistan tərəfindən qeyri-qanuni olaraq bərpa edilib.

Məktubda, həmçinin festival təşkilatçılarına Azərbaycan torpaqlarının bir hissəsinin Ermənistan tərəfindən işğal edilməsi, bir milyondan çox azərbaycanlının öz doğma yurdundan didərgin düşməsi və onların 30 ilə yaxındır öz evlərinə qayıda bilməməsi haqqında məlumatlar yer alıb.

Sonda ədalətin bərpa olunmasına, münaqişənin həllində sülhyönümlü nəticə əldə etmək üçün festival təşkilatçıları tərəfindən səy göstəriləcəyinə ümid ifadə olunur.