05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İranda hər gün 2 mindən çox yoluxma var

11.06.2020


İranda koronovirusa qarşı həyata keçirilən mübarizə tədbirlərinə baxmayaraq, infeksiya yayılmaqda davam edir. Hər gün 2 mindən artıq insan virusa yoluxaraq xüsusi xəstəxanalara aparılır. Son 24 saat ərzində İranda 2238 nəfər koronavirusa yoluxub, 78 nəfər isə həyatını itirib.

Bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari məlumat verib. Onun sözlərinə görə, bu günə kimi İranda 180 min 156 nəfər virusa yoluxub, 8584 nəfər isə ölüb. Bununla yanaşı, xüsusi xəstəxanalarda müalicə alan 142 min 663 nəfər sağalaraq evə buraxılıb.

Mətbuat katibi nəzərə çatdırıb ki, hazırda intensiv terapiya şöbəsində müalicə alan 3 minə yaxın xəstənin vəziyyəti ağır olaraq qalır.

Yerli mətbuat bəzi epidemioloqlara istinadla yazır ki, hökumət karantin rejimini yumşaltmaqda tələsik addım atıb.