05 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İdarənin əməkdaşı karantinə alındı - AÇIQLAMA

11.06.2020

Tovuz rayon Maliyyə İdarəsinin əməkdaşının koronavirus şübhəsi ilə karantinə alınması və idarənin fəaliyyətini dayandırması haqda məlumat yayılıb. Bildirilib ki, idarənin digər əməkdaşlarından da virusa görə analiz götürülüb.

Məsələ ilə bağlı açıqlama verən Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev deyib ki, sözügedən şəxsin koronavirus testinin cavabı neqativ çıxıb.

"Tovuz rayon Maliyyə İdarəsinin əməkdaşlarından biri boğaz ağrısı ilə həkimə müraciət edib və ondan koronavirus şübhəsi ilə test götürülüb, cavab isə neqativ çıxıb. Bununla belə, həmin əməkdaşın iki həftə karantin müddətində saxlanılmasına qərar verilib. Artıq karantin müddəti başa çatıb və əməkdaşımızın səhhətində hər hansı problem yoxdur. İdarənin fəaliyyətini dayandırması ilə bağlı yayılan məlumatın isə heç bir əsası yoxdur. Tovuz rayon Maliyyə İdarəsi gündəlik əsasda öz işini davam etdirir”, - M.Piriyev qeyd edib.