05 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Abşeronda YANĞIN: helikopterlər havaya qaldırıldı - VİDEO

11.06.2020

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində "Ceyranbatan” su anbarının yaxınlığında yanğınsöndürmə işləri davam etdirilir.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanğının söndürülməsi üzrə əməliyyata nazirliyin Aviasiya dəstəsinin iki ədəd helikopteri cəlb olunub.

****

Bakının Xətai rayonunda və Abşeronda yanğın baş verib.

Sözügedən ərazilərdə qeydə alınan yanğınların görüntüləri sosial şəbəkədə yayılıb.

Belə ki, hadisələrdən biri Xətai rayonunun Günəşli qəsəbəsində, digər isə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində, "Ceyranbatan” su anbarı ərazisində qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva Oxu.Az-a açıqlamasında hər iki ərazidə quru otların yandığını deyib:

"Hadisə quru otların yanması səbəbindən baş verib. Əraziyə FHN-nin yanğından mühafizə xidmətinin əməkdaşları cəlb olunub. Artıq qeydə alınan yanğınlardan biri söndürülüb, digər yanğının söndürülməsi istiqamətində işlər görülür”.