05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şahzadə karantin rejimini pozdu - CƏRİMƏ

11.06.2020

Koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən karantin qaydalarını pozan Belçika şahzadəsi İoahim cərimələnib.

"Reuters” xəbər verir ki, 28 yaşlı şahzadə İspaniyanın Kordoba şəhərində əyləncə məclisində iştirak edəndən sonra özünü pis hiss edib.

Belçika şahzadəsinin COVID-19 analizinin nəticəsi müsbət çıxıb.

Qeyd olunur ki, İoahiminin iştirak etdiyi ziyafət məclisində 27 nəfər iştirak edib, ancaq qanuna görə, Kordobada 15 nəfərdən çox adam bir məkana toplaşa bilməz.

İspaniya hökumətinin Kordobadakı nümayəndəliyi Belçika şahzadəsini 10 400 avro (20 min manat) cərimə etmək barədə göstəriş verib.

Qeyd olunur ki, şahzadə İoahim İspaniyaya təhsili ilə əlaqədar təcrübə keçmək üçün səfər edib.