04 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Koronavirusa qarşı PEYVƏND nəticə verdi

11.06.2020

Çin alimləri tərəfindən  COVID-19-a qarşı hazırlanan yeni peyvənd meymunlar üzərində sınaqdan keçirilib.
Dövran Media Sputnik-ə istinadən bildirir ki, nəticələr ümidverici olub. 
Tədqiqatçıların oxşar sınaqları bir müddət əvvəl siçanlar, siçovullar, qvineya donuzları, dovşan və digər heyvanlar üzərində aparsalar da, bu qədər müsbət nəticənin əldə olunmadığı bildirilib.
Reuters-in məlumatına görə, hazırda Çin mütəxəssisləri COVID-19-a qarşı 5 növ peyvəndi sınaqdan keçirir.
Xatırladaq ki, dünyada koronavirusa qarşı 100-dən çox mümkün vaksin hazırlanıb. Ən perspektivlilər sırasında əczaçılıq nəhənglərindən olan "AstraZeneca” şirkəti ilə Oxford Universitetinin birgə hazırladığı, o cümlədən Çin şirkəti "CanSino Biologics”in və ABŞ-ın dərman firması "Moderna”nın peyvəndləridir.