09 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiyadan bu ölkəyə mesaj: “Etibarınızı itirirsiniz”

16.06.2018

Norveçin öz ərazisindəki ABŞ hərbi kontingentinin sayını iki dəfəyə qədər artırmaq istəməsi faktiki olaraq Norveçin öz ərazisində sülh vaxtı ənənəvi xarici hərbi kontingentləri yerləşdirməmək siyasətinə ziddir.
"Dövran Media" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Norveçin bu addımı ikitərəfli münasibətlərdə etibarlılığı zədələyir. Hazırda Norveç ərazisinə hansı hücumdan söhbət gedə bilər? Norveç özü də dəfələrlə ən yüksək səviyyədə Rusiyanın təhdid yaratmadığını deyib”, – deyə o bildirib.
Qeyd edək ki, Norveç öz ərazisindəki ABŞ hərbçilərinin sayını iki dəfəyə qədər artırmaq haqqında qərar verib.