04 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

PKK-nın 8 üzvü məhv edilib

10.06.2020


Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları İraqın şimalındakı Zap və Haftanin bölgələrində PKK düşərgələrini bombalayıb.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Dəqiq aviazərbələr nəticəsində PKK terror təşkilatının 8 üzvü məhv edilib. Terrorçuların yeri pilotsuz uçuş aparatları ilə müəyyənləşdirilib.

Daxili İşlər Nazirliyinin ölkə daxilində keçirilən antiterror əməliyyatları barədə açıqlamasında bildirilir ki, Türkiyə-İran sərhədinin Kiçik Ağrı dağı bölgəsində biri qadın olmaqla dörd terrorçu zərərsizləşdirilib. Məhv edilən PKK üzvləri terror aktı hazırlığında olublar.