04 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

AzTV-nin əməkdaşları koronavirusa yoluxub? - AÇIQLAMA

10.06.2020

AzTV-nin əməkdaşları arasında koronavirusa yoluxanların olduğu deyilir.

Televiziyanın "Xəbərlər” departamentinin işçiləri arasında koronavirus şübhəsi ilə bağlı karantinə alınanlar var.

Onlardan bəzilərində COVID-19-la bağlı götürülən test nümunələrinin cavabı müsbət (pozitiv), bəzilərində isə mənfi (neqativ) olub. 

Ehtiyat məqsədilə televiziyanın digər əməkdaşlarından da test nümunələri götürülüb. Onların cavabları hələlik bəlli deyil.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov məsələ ilə bağlı redaksiyamıza açıqlamasında yayılan məlumatların həqiqəti əks etdirmədiyini deyib:

"Bu mövzu ilə bağlı bir neçə media nümayəndəsi mənimlə əlaqə saxlayıb. Onlara da bildirmişəm ki, AzTV-nin əməkdaşlarından bir operator koronavirusla bağlı karantinə alınıb.

Ümumiyyətlə, əməkdaşlarımızdan çəkilişə getməzdən əvvəl analizlər götürülüb, müvafiq yoxlamalar aparılıb. Karantinə alınan operatorumuzdan başqa, digər əməkdaşların koronavirusa yoluxması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”.